Əraqçibackend

İran XİN rəhbəri: “Dövlət institutları böhran dövründə sürətlə və effektiv şəkildə hərəkət etdi”

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ hərbi qüvvələrinin genişmiqyaslı yerləşdirilməsi və gərgin müharibə atmosferinə baxmayaraq, ölkə daxilində dövlət institutları sabit şəkildə fəaliyyətini davam etdirib.

İNFOAZ.MEDİA xəbər verir ki, onun sözlərinə görə, “şəhid liderin” ruhu səbəbindən o, təhlükəsizlik sığınacağına getməyib və bütün risklərə baxmayaraq öz ofisində qalmağı üstün tutub.

Əraqçi həmçinin qeyd edib ki, rəqiblərin gözləntilərinin əksinə olaraq dövlət strukturları operativ şəkildə hərəkət edib və yeni liderin təyinatı qısa müddətdə həyata keçirilib. Bu prosesin ölkədə arxayınlıq və etimad yaratdığı vurğulanıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki