ABŞ-ın bəzi Avropa müttəfiqlərinə silah tədarükündə gecikmələr ola biləcəyi barədə xəbərdarlıq etdiyi bildirilib.
İNFOAZ xəbər verir ki, Pentaqonun İranla davam edən münaqişə səbəbilə silah ehtiyatlarının azalması fonunda prioriteti öz daxili ehtiyaclarına və mövcud hərbi əməliyyatlara yönəltdiyi qeyd olunur.
Məlumata görə, bu səbəbdən əvvəlcədən sifariş edilmiş bəzi silahların Avropa ölkələrinə çatdırılmasında gecikmələr yaşana bilər. Xüsusilə Baltik və Skandinaviya ölkələrinin bu prosesdən təsirləndiyi bildirilir.
Rauf
























