iranda etirazlarbackend

İran etirazlarında öldürülənlərin sayı 6 mini keçdi

İranda son dövrlər keçirilən etiraz aksiyaları zamanı həlak olanların sayının 6 min 126 nəfərə yüksəldiyi bildirilib. Aksiyalar ölkənin müxtəlif şəhər və bölgələrini əhatə edib.

İNFOAZ.MEDİA-nın xəbərinə görə, etirazlar zamanı minlərlə insan yaralanıb.

Açıqlamada həmçinin qeyd olunub ki, indiyədək 41 min 880 nəfər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Saxlanılanlar arasında qadınlar və azyaşlıların da olduğu bildirilir.

Qeyd edək ki, etiraz aksiyaları ölkədə sosial və siyasi narazılıqlar fonunda baş verib. İran hakimiyyəti isə hadisələrlə bağlı rəsmi statistikanı açıqlamayıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki