Naim Qasım bildirib ki, Livan hazırda öz tarixinin ən təhlükəli mərhələsini yaşayır və ölkənin gələcəyini təhdid edən ABŞ, İsrail və beynəlxalq qüvvələrin birgə planı ilə qarşı-qarşıyadır.
İNFOAZ.MEDİA xəbər verir ki, Qasımın sözlərinə görə, bu planın əsas məqsədi Livandakı müqaviməti və onun ictimai dayaqlarını tamamilə aradan qaldırmaqdır.
O iddia edib ki, bu məqsədə çatmaq üçün əvvəlcə genişmiqyaslı hərbi əməliyyatlar aparılıb, mülki şəxslər hədəfə alınıb və böyük dağıntılar törədilərək müqavimətin geri çəkilməsi hədəflənib.
Hizbullah lideri əlavə edib ki, daha sonra regionda, xüsusilə Suriyada baş verən dəyişikliklərdən sonra ABŞ və İsrail əvvəlki razılaşmaları pozaraq güc balansını öz xeyirlərinə dəyişməyə çalışıblar.
Jalə
























