Alimlər fevralın 1-də Günəşdə ümumilikdə 16 partlayış qeydə alıblar. Onlardan biri ən yüksək təhlükə səviyyəsinə aid olan X sinifli partlayışdır.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Məlumata görə, gün ərzində X1.04 gücündə bir alovlanma, həmçinin orta güclü üç partlayış qeydə alınıb. Bundan əlavə, daha 12 zəif Günəş alovu da müşahidə edilib.
Rauf
























