image-5969530420460195764backend

Finlandiyada “Google”un yüz minlərlə ağacı qanunsuz kəsdiyi iddia olunur

“Google” şirkətinin Finlandiyanın şimalında məlumat mərkəzi tikintisi üçün təxminən 250 min ağacı qanunsuz kəsdiyi bildirilir. Hadisə ölkədə geniş narazılığa səbəb olub.

İNFOAZ.MEDİA xəbər verir ki, şirkət Muhos şəhəri yaxınlığında tələb olunan ətraf mühitə təsirin qiymətləndirilməsi prosedurlarını tamamlamadan 330 hektar meşə sahəsini təmizləyib.

Təbiəti mühafizə fəallarının hesablamalarına görə, Otanmäki bölgəsindəki ikinci ərazidə də əlavə 150 min ağac kəsilib.

Məlumata görə, Finlandiyanın lisenziyalaşdırma qurumu bu ayın əvvəlində “Google”a hər iki ərazidə işləri dayandırmağı tapşırıb.

Həmin ərazilər Finlandiyada həyata keçirilən və dəyəri 13 milyard avro olan süni intellekt infrastrukturu layihəsinin bir hissəsidir. Layihənin ölkədə bu sahədə indiyədək ən böyük təşəbbüs olduğu bildirilir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki