Finlandiya hakimiyyəti Qrenlandiyaya göndərilən hərbçilərin geri qaytarılması barədə qərar qəbul edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, zabitlər həftənin sonunadək Finlandiyaya qayıdacaq və missiya başa çatmış hesab olunur.
Qeyd edək ki, yanvarın 15-də bir neçə Avropa ölkəsi, o cümlədən Finlandiya Qrenlandiyaya hərbi kontingent göndərmişdi. Daha sonra ABŞ Prezidenti Donald Tramp tariflərlə bağlı açıqlamalar versə də, Qrenlandiyanın hərbi yolla ilhaqı planlarının olmadığını və tarif qərarını ləğv etdiyini bildirib.
Rauf
























