Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes ilə görüş keçirib. Görüş Dolmabağça Sarayında baş tutub və tərəflər ikitərəfli münasibətlərin inkişafı, enerji, ticarət, investisiya və digər əməkdaşlıq sahələrini müzakirə ediblər.
İNFOAZ.MEDİA xəbər verir ki, Rodriqes Türkiyəyə Ərdoğanın dəvəti ilə gəlib. Son illərdə Ankara və Karakas arasında müdafiə, enerji, turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib.
Görüşün Türkiyə-Venesuela əlaqələrinin daha da gücləndirilməsi və yeni iqtisadi layihələrin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığı bildirilir.
Rauf
























