hakan fidanbackend

Əraqçi və Fidan arasında telefon danışığı oldu

Türkiyənin diplomatik mənbələrinin məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyənin XİN rəhbəri Hakan Fidanla telefon danışığı apararaq davam edən nüvə danışıqlarını müzakirə edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Əraqçi cümə günü Məsqətdə ABŞ nümayəndə heyəti ilə keçirilən nüvə və sanksiyaların aradan qaldırılması üzrə danışıqlardan sonra İran dövlət televiziyasına açıqlamasında görüşləri “yaxşı başlanğıc” kimi dəyərləndirib və prosesin davamının müvafiq paytaxtlarla məsləhətləşmələrdən asılı olduğunu bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki