Əhməd əl-Şaraa bildirib ki, nə İranın, nə də ABŞ-ın maraqları baxımından müharibənin davam etməsi məqsədəuyğun deyil. İsraillə bağlı suala cavabında isə o, “İsrail Amerika qərarının bir hissəsidir” ifadəsini işlədib.
İNFOAZ.MEDİA xəbər verrir ki, ABŞ Prezidenti ilə bağlı sualı cavablandıran əl-Şaraa deyib ki, Vaşinqtonun qərarlarının necə verildiyini qiymətləndirmək istəmir: “Bilmirəm. Müharibə qərarları adətən geniş komanda daxilində qəbul olunur və Amerika prezidenti də həmin qərarlar əsasında hərəkət edir”.
O əlavə edib ki, müharibənin gedişi və nəticələri göstərir ki, proses böyük ölçüdə nəticəsiz olub və qarşıya qoyulan məqsədlərə çatmayıb.
Əl-Şaraa sonda atəşkəs və ya döyüşlərin dayanmasını alqışlayaraq, “Onun artıq dayanmasına çox şadam və Allaha şükür edirəm ki, dayanıb” deyə vurğulayıb.
Rauf
























