Donald Trampın kürəkəni Moskvaya gedir - BU TARİXDƏbackend

Donald Trampın kürəkəni Moskvaya gedir – BU TARİXDƏ

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkov və Donald Trampın kürəkəni Cared Kuşner yanvarın 22-də axşam saatlarında Moskvaya səfər edəcəklər. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlər üçün keçirdiyi brifinqdə məlumat verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Peskovun sözlərinə görə, amerikalı qonaqlar Moskva vaxtı ilə saat 19:00–20:00 aralığında paytaxta çatacaqlar və Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəklər. Danışıqlarda əsas müzakirə mövzusu Ukrayna münaqişəsinin həlli və digər əlaqəli məsələlər olacaq.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki