ABŞ prezidenti Donald Tramp ölkəsinin NATO-ya ayırdığı böyük maliyyə vəsaitlərini tənqid edib. O bildirib ki, əgər müttəfiq ölkələr ABŞ-la eyni mövqedə çıxış etməyəcəksə, bu qədər böyük məbləğlərin xərclənməsi sual doğurur.
İNFOAZ.MEDİA xəbər verir ki, Trump açıqlamasında deyib:
“Əgər onlar bizimlə olmayacaqlarsa, niyə biz hər il NATO-ya yüz milyardlarla dollar xərcləyirik?”
Onun bu fikirləri ABŞ-ın NATO daxilində öhdəlikləri və müttəfiqlərlə münasibətləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Rauf
























