Çinin Eyou Robot Technology şirkəti humanoid robotlar üçün birləşmə modullarının istehsalı üzrə dünyada ilk tam avtomatlaşdırılmış istehsal xəttini istifadəyə verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Şanxayda fəaliyyətə başlayan yeni istehsal xətti humanoid robotların əl ilə yığılmasından kütləvi istehsala keçidi mümkün edib. Zavodun illik istehsal gücü ilkin mərhələdə 100 min detal, gələcəkdə isə 300 min ədədə çatdırılacaq.
Şirkətin təsisçisi Sun Zejiun bildirib ki, bu addım əl əməyindən ağıllı sənaye istehsalına keçidin göstəricisidir. Eyou artıq Şanxayda yerləşən AGIBOT şirkətinin kütləvi istehsal edilən humanoid robotları üçün əsas komponentlər tədarük edir.
Qeyd olunur ki, birləşmə modulları humanoid robotların hərəkət dəqiqliyini və sabitliyini müəyyən edən əsas hissələrdir və hazırda robotun ümumi dəyərinin təxminən 50 faizini təşkil edir.
Jalə
























