ABŞ Donald Tramp Çin və İranla bağlı diqqətçəkən açıqlamalarla çıxış edib. O, bildirib ki, Hörmüz boğazı ilə bağlı atdığı addımlar yalnız ABŞ üçün deyil, həm də dünya və xüsusilə Çin üçün faydalıdır.
İNFOAZ.MEDİA xəbər verir ki, Tramp iddia edib ki, Çin tərəfi bu addımlardan məmnundur və Si Cinpin ilə münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, Çin artıq İrana silah göndərməmək barədə razılığa gəlib.
O qeyd edib ki, tərəflər arasında əməkdaşlıq “ağıllı və effektiv” şəkildə davam edir və bu cür yanaşmanın müharibədən daha üstün olduğunu bildirib.
Jalə
























