image-centcom-orta-doguya-ilk-tek-yonlu-saldiri-iha-filosunu-konuslandirdi-b7uk_coverbackend

CENTCOM: İran limanlarına giriş-çıxışda ABŞ blokadası davam edir

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlayıb ki, İran limanlarına daxil olan və çıxan gəmilərə tətbiq edilən blokadanın ilk 48 saatı ərzində heç bir gəmi ABŞ qüvvələrinin nəzarətini keçə bilməyib.

İNFOAZ.MEDİA xəbər verir ki, bu müddət ərzində 9 gəmi ABŞ hərbçilərinin verdiyi əmrlərə tabe olaraq geri dönüb və İran sahillərinə və ya limanlarına doğru istiqamət alıb.

CENTCOM-un məlumatına görə, əməliyyat bölgədə dəniz hərəkətinə nəzarətin gücləndirilməsi və təhlükəsizlik tədbirlərinin icrası məqsədi daşıyır.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki