Krasnodar Beynəlxalq Hava Limanı bütün uçuşlar üçün müvəqqəti olaraq bağlanıb. Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin rəsmi nümayəndəsi Artem Korenyako məlumat verib.
İNFOAZ.MEDİA-nın xəbərinə görə, o, açıqlamasında bildirib ki, hava limanında təyyarələrin gəlişi və uçuşu ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
Məlumata görə, tətbiq olunan məhdudiyyətlər uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. Sərnişinlərə uçuş cədvəllərində mümkün dəyişikliklərlə bağlı aviaşirkətlərdən və rəsmi mənbələrdən məlumatları izləmək tövsiyə olunur. Hazırda məhdudiyyətlərin nə vaxt tam aradan qaldırılacağı açıqlanmayıb.
Jalə
























