image-5969525734650875702backend

Britaniya sakinlərə üç günlük fövqəladə ehtiyat hazırlamağı tövsiyə edib

Böyük Britaniya hökuməti əhalinin fövqəladə hallara hazırlığını artırmaq məqsədilə “Be Ready” adlı yeni kampaniyaya başlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Kampaniya çərçivəsində vətəndaşlara ən azı üç gün ərzində öz ehtiyaclarını müstəqil şəkildə qarşılamaq üçün kifayət qədər su, uzun müddət xarab olmayan ərzaq və dərman ehtiyatı saxlamaq tövsiyə olunur.

Tövsiyələrə hər nəfər üçün gündə təxminən 3 litr içməli su, soyuducu və bişirmə tələb etməyən qidalar, zəruri dərmanlar, ilk yardım çantası, fənər, batareyalı və ya əl ilə enerji yığılan radio, enerji bankı və nağd pul daxildir.

Rəsmilər bu addımın səbəbləri sırasında güclü fırtınaları, meşə yanğınlarını, kiberhücumları və təchizat zəncirində yarana biləcək fasilələri göstəriblər. Müdafiə naziri Ves Stritinq getdikcə daha mürəkkəb kiberhücumların yaratdığı risklərə, o cümlədən supermarketlərin ödəniş sistemlərinin sıradan çıxması ehtimalına diqqət çəkib.

Qeyd edək ki, Almaniya da əhaliyə fövqəladə hallar üçün 10 günlük ehtiyat saxlamağı tövsiyə edir. Bu tövsiyəyə hər nəfər üçün gündə təxminən 2 litr maye ehtiyatı da daxildir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki