İstanbulun Bosfor boğazında naməlum kişi cəsədi tapılıb.
İNFOAZ.MEDİA xəbər verir ki, üzgüçülük geyimində olan meyitin ötən il Bosfor üzgüçülük yarışı zamanı itkin düşən 30 yaşlı rusiyalı idmançı Nikolay Sveçnikova aid ola biləcəyi ehtimal edilir.
Cəsəd Kuruçeşme sahilində aparılan təmizləmə işləri zamanı aşkarlanıb və şəxsiyyətin təsdiqi üçün məhkəmə-tibbi ekspertizaya göndərilib. Rəsmi qurumlar DNT analizinin nəticələrini gözləyir.
Jalə
























