Antoni Blinken bildirib ki, Obama administrasiyası dövründə İranla bağlı mümkün hərbi variant ciddi şəkildə nəzərdən keçirilib.
İNFOAZ.MEDİA xəbər verir ki, o qeyd edib ki, aparılan təhlillər nəticəsində həmin variantın bir sıra səbəblərə görə ən doğru seçim olmadığı qənaətinə gəlinib. Blinkenin sözlərinə görə, həmin dövrdə irəli sürülən risklər və nəticələr bu gün regionda müşahidə olunan bəzi reallıqlarla üst-üstə düşür.
O əlavə edib ki, bu səbəbdən məsələ ilə bağlı alternativ yanaşmalar və diplomatik həll yolları daha məqsədəuyğun hesab olunub.
Rauf
























