İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-ın İran limanları və sahil xətti ilə bağlı tətbiq etdiyi blokadanı sərt tənqid edib.
İNFOAZ.MEDİA xəbər verir ki, o bildirib ki, bu addım Pakistan vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşmasının pozulması olmaqla yanaşı, qanunsuz və cinayət xarakterlidir.
Bəqayi əlavə edib ki, ABŞ-ın bu siyasəti İran əhalisinə qarşı “kollektiv cəza” tətbiq edir və bu da müharibə cinayəti və insanlığa qarşı cinayət kimi qiymətləndirilə bilər.
Onun sözlərinə görə, blokada regionda gərginliyi artırmaqla yanaşı, mövcud atəşkəsi də təhlükə altına salır.
Rauf
























