İtamar Ben-Gvirbackend

Ben-Qvir: “Livanla atəşkəs xəyal məhsuludur”

İsrailin milli təhlükəsizlik naziri Ben-Qvir Livanla mümkün atəşkəs razılaşmasını sərt tənqid edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Ben-Qvir bildirib ki, Hizbullahın Litani çayının şimalına çəkiləcəyinə inanmaq reallıqdan uzaqdır. Onun sözlərinə görə, təşkilat son dövrlərdə daha da güclənib və İsrail üçün təhlükə yaratmaqda davam edir.

Nazir hesab edir ki, bu şəraitdə Baş nazir Benyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp ilə görüşdə atəşkəs təklifini rədd etməli idi.

“Cənab Prezident, sizi sevirik, lakin cavabımız xeyrdir. İsrailin təhlükəsizliyini təhdid edən bir təşkilatla atəşkəsə razı olmayacağıq”, – deyə Ben-Qvir Netanyahunun verməli olduğu cavabı səsləndirib.

O, Hizbullahın fəaliyyətinin davam etdiyi şəraitdə atəşkəsin İsrailin təhlükəsizlik maraqlarına uyğun olmadığını vurğulayıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki