İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ABŞ Prezidenti Donald Trampın İsrailə münasibəti və təhlükəsizlik qərarları ilə bağlı açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Ben-Qvir bildirib ki, Tramp İsraili dəstəkləsə də, ölkə daxilində qərarların nəticələrinə görə məsuliyyəti İsrail rəhbərliyi və cəmiyyəti daşıyır.
Nazir çıxışında şəxsi nümunə gətirərək oğlunun hazırda Livanda olduğunu qeyd edib və bunun qərarların qəbulunda fərqli məsuliyyət yaratdığını vurğulayıb.
“İsrailə olan sevgisinə baxmayaraq, cavabı Tramp verməyəcək. Bu gün Livanda olan mənim oğlumdur, Trampın yox. Buna görə də deyirəm ki, qırmızı xətt var”, – Ben-Qvir deyib.
Jalə
























