İtamar Ben-Gvirbackend

Ben-Qvir: İranla kompromisə ehtiyac yoxdur, zərbələr davam etməlidir

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir İran və Hizbullahla bağlı sərt açıqlamalar verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Ben-Qvir bildirib ki, İranla kompromisə getməyin və razılaşmalar imzalamağın mənası olmadığını düşünür. O, İrana qarşı hərbi zərbələrin davam etdirilməsinin tərəfdarı olduğunu deyib.

Nazir eyni yanaşmanın Hizbullaha da aid olduğunu vurğulayaraq, bu qruplaşmaya qarşı da davamlı hərbi təzyiqin göstərilməsini müdafiə edib.

Ben-Qvir həmçinin qeyd edib ki, beynəlxalq reaksiyalardan çəkinmir və bu mövqeyinə görə tənqid olunmasının onun baxışını dəyişmədiyini bildirib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki