Belçikanın Lyej şəhərində müdafiə elektronikası şirkəti BATS-ın binasına yanğın törədilməsi ilə bağlı hücum olub.
İNFOAZ.MEDİA xəbər verir ki, yanğın binanın üç ayrı nöqtəsində başlayıb. Belçikanın müdafiə naziri Teo Franken hadisənin solçu fəallar tərəfindən törədildiyini bildirib.
Anonim qrup hücuma görə məsuliyyəti öz üzərinə götürərək BATS-ın İsrailin IAI/ELTA şirkətləri ilə əlaqələrini əsas gətirib və şirkətin “külə çevrilməsini” buna görə əsaslandırıb.
BATS müdafiə və daxili təhlükəsizlik sahələri üçün elektron texnologiyalar hazırlayan şirkətdir.
Rauf
























