image-5814247780543828298backend

Belçika Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsinə yenidən “yox” dedi

Belçika Polşa, Niderland, İspaniya və İsveçin Avropada dondurulmuş təxminən 210 milyard avro məbləğində Rusiya aktivlərindən Ukraynanın dəstəklənməsi üçün istifadə olunması təşəbbüsünə qarşı çıxıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Belçikanın müdafiə naziri Teo Franken məsələ ilə bağlı mövqenin dəyişməz olduğunu bildirib:

“Bu, müzakirə mövzusu deyil. Qapı bağlıdır.”

Franken Baltikyanı ölkələrə də xəbərdarlıq edərək məsələni davamlı şəkildə gündəmə gətirməyin və Belçikanı “küncə sıxışdırmağın” düzgün olmadığını deyib.

Brüsselin əsas narahatlığı Rusiyanın mümkün hüquqi addımları və maliyyə riskləridir. Dondurulmuş Rusiya aktivlərinin böyük hissəsi Belçikada yerləşən Euroclear şirkətində saxlanılır.

Belçika ötən ilin dekabrında da Ukraynaya 210 milyard avroluq “reparasiya krediti” verilməsi planına qarşı çıxmışdı.

İsveç, Polşa, Niderland və İspaniya isə Avropa Komissiyasından dondurulmuş Rusiya aktivlərindən istifadə imkanlarının yenidən araşdırılmasını istəyir. Məsələnin yaxın günlərdə Aİ səviyyəsində yenidən müzakirə olunacağı gözlənilir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki