Azərbaycanın 2026-cı il 1 yanvar tarixinə xarici dövlət borcu 4.813,5 milyon ABŞ dolları (faktiki ÜDM-in 6,3 faizi) təşkil edib.
Maliyyə Nazirliyindən verilən məlumata görə, xarici dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 316,2 milyon ABŞ dolları və ya 6,2 faiz azalıb.
2026-cı ilin 01 yanvar tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin əvvəli ilə müqayisədə 0,6 faiz bəndi azalıb.
Qeyd edilib ki, hesabat tarixinə xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici dövlət borcunun 49,5 faizini, sabit dərəcə ilə olanlar isə 50,5 faizini təşkil edib. 2026-cı ilin 01 yanvar tarixinə xarici dövlət borcu portfelinin 35,4%-i Asiya İnkişaf Bankının, 28,8%-i avro bondların, 13,7%-i Dünya Bankının, 22,1%-i isə digər kreditorlardan cəlb edilmiş öhdəliklərin payına düşür.
























