Almaniya Sülh Şurasına qoşulmağa prinsipcə qarşı deyil, lakin Konstitusiya buna imkan vermir.
İNFOAZ.MEDİA xəbər verir ki, Almaniya kansleri Fridrix Merz İtaliyanın Baş naziri Corcio Meloni ilə birgə mətbuat konfransında bildirib ki, Berlin Sülh Şurası ilə əməkdaşlığa hazırdır, amma hazırkı idarəetmə strukturu ölkənin Konstitusiyasına uyğun deyil.
Merzin sözlərinə görə, Almaniya ABŞ prezidentinin təşəbbüsü ilə yaradılan bu format çərçivəsində Qəzza və digər bölgələrdə sülh prosesini dəstəkləməyə davam edəcək və Vaşinqtonla yeni əməkdaşlıq mexanizmlərini müzakirə etməyə açıqdır.
Rauf
























