FCAS döyüş təyyarəsibackend

Almaniya və Fransa FCAS döyüş təyyarəsi layihəsini dayandırır – Avropanın müdafiə planlarına ciddi zərbə

Almaniya və Fransa arasında həyata keçirilən və dəyərinin 100 milyard avronu aşdığı bildirilən FCAS (Future Combat Air System) proqramının əsas elementi olan yeni nəsil döyüş təyyarəsi (NGF) layihəsi faktiki olaraq dayandırılıb. Məlumata görə, layihənin əsas iştirakçıları olan Dassault Aviation və Airbus arasında iş bölgüsü və əqli mülkiyyət hüquqları ilə bağlı uzunmüddətli fikir ayrılıqları aradan qaldırıla bilməyib.

İNFOAZ.MEDİA xəbər verir ki, mediada yayılan məlumatlara əsasən, Almaniya kansleri Friedrich Merz bu həftə qərarı rəsmən təsdiqləyə bilər. Almaniya və Fransa hökumətləri insanlı döyüş təyyarəsinin hazırlanmasını davam etdirməmək barədə razılığa gəlsələr də, pilotsuz sistemlər və “combat cloud” adlı döyüş məlumat şəbəkəsi kimi digər komponentlər üzrə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.

Layihənin bu formada iflasa uğraması Avropanın müdafiə sahəsində ABŞ-dan asılılığı azaltmaq və “strateji muxtariyyət” yaratmaq məqsədlərinə ciddi zərbə kimi qiymətləndirilir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki