image-5818954321670901929backend

Almaniya İsrailə silah ixracına 799 milyon avroluq lisenziya verib

Almaniya 2026-cı ilin ilk yarısında İsrailə 799 milyon avro dəyərində silah və hərbi avadanlıq ixracına icazə verib.

İNFOAZ.MEDİA xəbər verir ki, bu məbləğ 2025-ci ilin bütün ili ərzində verilmiş ixrac icazələrinin ümumi dəyərindən təxminən dörd dəfə çoxdur. İsrail 2026-cı ilin ilk altı ayında Almaniyanın hərbi ixracında əsas istiqamətlərdən biri olub.

Solçu “Die Linke” partiyası hökumətin qərarlarını tənqid edərək bunu “limitsiz ikili standartlar” adlandırıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki