Almaniya kansleri Fridrix Merz və Ukrayna prezidenti Volodimir Zelenski “Anubis” kamikadze dronu ilə tanış olublar.
İNFOAZ.MEDİA xəbər verir ki, “Anubis” dronu dizayn baxımından İran istehsalı Şahid dronu modellərinə bənzər quruluşa malikdir. Layihə çərçivəsində əsas məqsəd süni intellektlə idarə olunan, avtonom zərbə dronlarının kütləvi istehsalını təmin etməkdir.
Bildirilib ki, Almaniya bu tip dronlardan minlərlə ədəd sifariş edərək onların Ukrayna və NATO ehtiyacları üçün istifadəsini planlaşdırır.
Layihə Ukraynanın müdafiə imkanlarını gücləndirmək və müasir texnologiyaların döyüş sahəsində tətbiqini genişləndirmək məqsədi daşıyır.
Rauf
























