Avropa İttifaqı İran və ABŞ arasında dolayı danışıqları müsbət qiymətləndirərək, İranın nüvə məsələsinin həlli üçün diplomatiyaya vaxt verilməsinin vacibliyini vurğulayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Aİ-nin sözçüsü Anuar El Anouni bildirib ki, artan hərbi gərginlik Yaxın Şərq üçün ciddi risklər yaradır və regionun sabitliyə təcili ehtiyacı var. Onun sözlərinə görə, Aİ Vaşinqtonla Tehran arasında dialoqu mühüm addım hesab edir və davamlı həllin yalnız danışıqlar yolu ilə mümkün olduğuna inanır.
El Anouni əlavə edib ki, Omanda başlayan danışıqlar İranın beynəlxalq ictimaiyyətin, xüsusilə nüvə proqramı ilə bağlı narahatlıqlarına ciddi yanaşdığını göstərmək üçün fürsətdir. Aİ bütün tərəfləri beynəlxalq hüquqa əməl etməyə, təmkinli olmağa və bölgədə gərginliyi artıracaq addımlardan çəkinməyə çağırıb.
Rauf
























