image-trump-putin-gty-gmh-251121_1763748772768_hpmainbackend

Ağ Ev: Putin Trampın atəşkəs xahişini qəbul etdi

Ağ Evdə narkotiklə mübarizə ilə bağlı prezident fərmanını imzaladığı mərasimdə çıxış edən Donald Tramp Rusiya–Ukrayna müharibəsi ilə bağlı açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Tramp həddindən artıq soyuq hava şəraiti ilə əlaqədar olaraq Vladimir Putindən bir həftə müddətində Ukraynaya hücumların dayandırılmasını xahiş edib və Rusiya lideri bu müraciəti qəbul edib.

ABŞ Prezidenti eyni zamanda Əbu-Dabidə davam edən sülh danışıqlarında ciddi irəliləyiş əldə olunduğunu vurğulayaraq, müharibənin başa çatacağına dair ümidli olduqlarını bildirib.

Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff da danışıqlarda mühüm məsafə qət edildiyini qeyd edib və bu irəliləyişin Donald Trampın təşəbbüsləri sayəsində mümkün olduğunu deyib.

Orxan


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki