dron puabackend

ABŞ yüz minlərlə kamikadze dron istehsal edəcək

ABŞ Müdafiə Nazirliyi 2027-ci ilə qədər yüz minlərlə kamikadze dron istehsal etməyi planlaşdırır.

İNFOAZ.MEDİA xəbər verir ki, Bu məqsədlə Pentaqon, dronların istehsalı və sınaqları üçün iki Ukrayna şirkəti də daxil olmaqla 25 şirkəti prosesə cəlb edib. Bildirilir ki, ABŞ ordusu 2027-ci ilədək birdəfəlik hücumlar üçün silahlı PUA-larla təmin olunacaq.

Qeyd edək ki, dekabrın 18-də ABŞ Hərbi Dəniz Qüvvələri dəniz bazalı Lucas kamikadze dronunun sınaqdan keçirildiyini açıqlayıb. Sınaq buraxılışı USS Santa Barbara döyüş gəmisindən həyata keçirilib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki