image-download-1backend

ABŞ Suriyadan əsgərlərini çıxardır?

ABŞ mətbuatına görə, Vaşinqton rəhbərliyi Suriya ordusunun Xalq Müdafiə Dəstələri (YPG)Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı apardığı əməliyyatlardan sonra Suriyadakı Amerika hərbçilərinin tamamilə çıxarılması variantını nəzərdən keçirir. The Wall Street Journal qəzetinin üç ABŞ rəsmisinə istinadən yazdığına görə, YPG və SDQ-nin məğlub olması halında ABŞ hərbçilərinin Suriyada qalması üçün əsas qalmayacaq.

İNFOAZ.MEDİA xəbər verir ki, Fərat çayının qərbində aparılan əməliyyatlardan sonra Vaşinqton Suriyadakı hərbi missiyanın davamlılığını yenidən qiymətləndirməyə başlayıb. ABŞ üçün əsas narahatlıq mənbələrindən biri isə DEAŞ (İraq və Şam İslam Dövləti) üzvlərinin saxlanıldığı düşərgələrdir. Bildirilir ki, bu düşərgələrdə tutulan təxminən 9 min nəfərdən 7 mininin İraqa köçürülməsi prosesi başlanıb.

WSJ-nin məlumatına görə, hazırda Suriyada təxminən min ABŞ hərbçisi var və onların böyük hissəsi ölkənin şimal-şərqində YPG və SDQ qüvvələri ilə eyni bölgələrdə yerləşir. Çəkilmə qərarı qüvvəyə minərsə, Barak Obama dövründə başlayan və 10 ildən artıqdır davam edən ABŞ-ın Suriyadakı hərbi əməliyyatlarının sona çatması gözlənilir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki