ABŞ senatoru Lindsey Graham İran məsələsi ilə bağlı Roma Papasına ünvanlanan tənqidi açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Graham bildirib ki, Papa “yaxşı və müqəddəs insan olsa da”, İranın yaratdığı təhlükəni düzgün qiymətləndirmir və bu məsələdə “səhv hesablamalar edir”.
Senator həmçinin Katolik Kilsəsinin tarixə istinad edərək 1930-cu illərdə Adolf Hitleri düzgün dəyərləndirə bilmədiyini xatırladıb və hazırkı vəziyyətlə paralellər aparıb.
O əlavə edib ki, Papa İran rejiminin — xüsusilə ayətullah rəhbərliyinin — mahiyyətini tam anlamır və bu yanaşma təhlükəli nəticələrə gətirib çıxara bilər.
Rauf
























