trampbackend

ABŞ Prezidenti: “İranın nüvə fəaliyyəti varsa, sənədi oxumuram”

ABŞ Prezidenti Donald Tramp İranla bağlı yeni təkliflə bağlı sərt mövqe sərgiləyib.

İNFOAZ.MEDİA xəbər verir ki, o, təqdim olunan sənədə baxdıqdan sonra ilk cümlə xoşuna gəlmədiyi üçün onu dərhal kənara atdığını deyib. Trampın sözlərinə görə, əgər sənədin ilk hissəsində İranın istənilən formada nüvə fəaliyyəti olduğu qeyd edilirsə, o halda qalan məzmunu oxumağa ehtiyac duymur.

O, İranın hər hansı formada nüvə proqramına sahib olmasını qəbul etmədiyini və bu mövzuda mövqeyinin dəyişməz olduğunu vurğulayıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki