ABŞ zabitibackend

ABŞ: Livan ərazisindəki silahlı qruplara qarşı tədbirlər gücləndirilməlidir

ABŞ Dövlət Departamenti İsrail və Livanla bağlı təhlükəsizlik və özünümüdafiə məsələlərinə dair açıqlama yayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, açıqlamada bildirilir ki, İsrail istənilən vaxt planlaşdırılan, yaxınlaşan və ya davam edən hücumlara qarşı özünümüdafiə hüququnu qorumaq üçün bütün zəruri addımları ata bilər.

Eyni zamanda qeyd olunur ki, Livan öz ərazisində fəaliyyət göstərən “Hizbullah” və digər qeyri-dövlət silahlı qrupların İsrail hədəflərinə qarşı hücumlar həyata keçirməsinin qarşısını almaq üçün ciddi və təsirli tədbirlər görməlidir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki