image-5816702521857216489-1backend

ABŞ Kanada ilə tarif danışıqlarında Saab-ın GlobalEye sistemindən imtina üçün təzyiq göstərir

ABŞ Kanada ilə tarif danışıqlarından istifadə edərək Ottavanı İsveçin Saab şirkətinin GlobalEye hava erkən xəbərdarlıq təyyarələri əvəzinə Boeing-in E-7 Wedgetail sistemini seçməyə məcbur etməyə çalışır.

İNFOAZ.MEDİA xəbər verir ki, Kanada 2026-cı ilin mayında Bombardier-in Kanada istehsalı təyyarəsi üzərində qurulan Saab GlobalEye sistemini gələcək hava erkən xəbərdarlıq və idarəetmə qabiliyyəti üçün üstünlük verilən variant kimi seçib. Lakin hələ yekun müqavilə imzalanmayıb.

Məlumata görə, Vaşinqton GlobalEye-dan imtina müqabilində Kanadanın ABŞ-dan 88 ədəd F-35 qırıcısının alınmasını tamamlamağı, “Golden Dome” raketdən müdafiə layihəsinə qoşulmağı və ABŞ şirkətlərinə Kanada mineral ehtiyatlarına çıxış imkanları yaratmağı, bunun qarşılığında isə tarif güzəştləri əldə etməyi nəzərdən keçirməsini istəyir.

ABŞ və Kanada arasında danışıqlar avqustun sonunda nəticəsiz başa çatıb. Bundan sonra ABŞ Kanada mallarına yeni 50 faizlik tariflər tətbiq edib, Ottawa isə sentyabrın 8-dən cavab tədbirlərinə başlayacağını açıqlayıb.

Kanadanın müdafiə qurumu isə Boeing-in E-7 Wedgetail lehinə aparılan lobbi kampaniyasına baxmayaraq, Saab ilə GlobalEye üzrə danışıqların davam etdiyini bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki