ABŞ Hərbi Dəniz Qüvvələri Oman körfəzində İran bayrağı altında üzən “TOUSKA” adlı yük gəmisini saxlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, təxminən 900 fut uzunluğunda olan gəmi ABŞ-ın tətbiq etdiyi dəniz blokadasını yarmağa cəhd edib. ABŞ tərəfinin verdiyi xəbərdarlıqlara baxmayaraq, ekipajın əmrlərə tabe olmadığı bildirilir.
Məlumata görə, bundan sonra ABŞ hərbi gəmisi müdaxilə edərək gəminin mühərrik bölməsinə zərbə endirib və onun hərəkətini dayandırıb. Hazırda gəmi ABŞ dəniz piyadalarının nəzarəti altındadır.
Bildirilir ki, “TOUSKA” əvvəllər qanunsuz fəaliyyətlərlə bağlı sanksiya siyahısına daxil edilib. Hazırda gəmidə olan yüklə bağlı araşdırmalar aparılır.
Rauf
























