ABŞ Müdafiə Nazirliyi Avropada yerləşən ABŞ hərbi qüvvələrinin bir hissəsinin çıxarılması və yerləşdirilmə planlarında dəyişiklik edildiyini açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Prezident Donald Tramp-ın NATO daxilində yük bölgüsü ilə bağlı təzyiqlərindən sonra bu qərarlar gündəmə gəlib.
Planlaşdırılan təxminən 4,700 hərbçinin Polşa və Şərqi Avropaya göndərilməsi ləğv edilib. Eyni zamanda Almaniyaya uzun mənzilli raket batalyonunun yerləşdirilməsi planı da dayandırılıb.
Bildirilib ki, ümumilikdə təxminən 5,000 ABŞ hərbçisinin Almaniyadan çıxarılması nəzərdə tutulur. Qərarın NATO daxilində müzakirələrə səbəb olacağı gözlənilir.
Rauf
























