Ukrayna Prezidenti Volodimir Zelenski cəbhədəki vəziyyətlə bağlı açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Zelenski bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin mövqeləri möhkəmdir və işğal olunmuş ərazilərin tədricən geri qaytarılması prosesi davam edir. Onun sözlərinə görə, Rusiya may ayı ərzində döyüş meydanında ciddi və həlledici nəticələr əldə edə bilməyib.
Dövlət başçısı qeyd edib ki, Rusiya hər ay təxminən 30–35 min hərbçi itirir. O əlavə edib ki, bu il itkilərin xarakteri də dəyişib: təxminən 63 faiz öldürülənlər, 37 faiz isə ağır yaralananlardır.
Rauf
























