Zelenskibackend

Zelenski: “Rusiya raket və dron hücumlarını davam etdirsə, cavab zərbələri endirəcəyik”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı həyata keçirilən hücumların cavab xarakteri daşıdığını bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Zelenskinin sözlərinə görə, o, Rusiya Prezidenti Vladimir Putinin hərəkətlərini və səfər cədvəlini gündəlik izləməklə məşğul deyil. Ukraynanın əsas məqsədinin ölkəyə qarşı həyata keçirilən hücumlara cavab vermək olduğunu vurğulayan prezident, bu addımların haqlı olduğunu qeyd edib.

“Ukraynaya qarşı zərbələrə cavab veririk. Hesab edirəm ki, endirdiyimiz zərbələr tam əsaslandırılıb. Onlar anlamalıdırlar ki, əgər bizə qarşı dron və raket hücumlarını davam etdirsələr, biz də eyni şəkildə cavab verəcəyik”, – deyə Zelenski bildirib.

Ukrayna lideri əlavə edib ki, Kiyev yalnız hərbi əhəmiyyət daşıyan obyektləri və neft emalı zavodlarını hədəf alır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki