Ukrayna Prezidenti Vladimir Zelenski kəşfiyyat rəhbərliyinin hesabatından sonra Rusiya ilə bağlı yeni təhlükəsizlik riskləri barədə açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Zelenskinin sözlərinə görə, Rusiya Ukraynanın raket texnologiyaları və raket əleyhinə müdafiə sahəsində fəaliyyət göstərən müdafiə şirkətlərini hədəfə ala bilər.
O bildirib ki, Ukrayna bu mümkün təhdidlərə qarşı müvafiq əks-tədbirlər hazırlayır və müdafiə sənayesinin qorunması istiqamətində işlər aparılır.
Prezident həmçinin qeyd edib ki, kəşfiyyat orqanları Rusiyanın Ukrayna və regionla bağlı siyasi planlarını əks etdirən yeni sənədlər əldə edib. Bu sənədlərdə Moskvanın Ukraynanın beynəlxalq əlaqələrini məhdudlaşdırmağa çalışdığı iddia olunur.
Zelenski vurğulayıb ki, Ukrayna təhlükəsizlik və müdafiə sahəsində tədbirləri gücləndirməyə davam edəcək.
Jalə
























