Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya qarşı müharibədə ballistik raketlərdən əsas təzyiq vasitəsi kimi istifadə etdiyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Zelenskinin sözlərinə görə, bu təhlükəyə qarşı effektiv cavab tapmaq vacibdir və hazırda öz effektivliyini sübut etmiş yeganə sistem ABŞ istehsalı olan Patriot hava hücumundan müdafiə kompleksləridir.
“Ballistik raketlər Rusiyanın bu müharibədəki son arqumentidir və biz onlara qarşı kifayət qədər güclü cavab tapmalıyıq. İndiyədək effektivliyi sübut olunmuş yeganə vasitə ABŞ istehsalı olan Patriot sistemləridir”, – deyə Ukrayna lideri vurğulayıb.
Zelenski əlavə edib ki, Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi ölkənin təhlükəsizliyi üçün əsas prioritetlərdən biri olaraq qalır.
Rauf
























