Ukrayna Prezidenti Volodimir Zelenski sanksiyaların ləğvinə qarşı olduğunu bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Zelenski Avropa tərəfdaşlarına və ABŞ administrasiyasına bu mövqeyini dəfələrlə çatdırdığını vurğulayıb.
“Mən sanksiyaların hər hansı şəkildə ləğvinin əleyhinəyəm. Bunu həmişə Avropalı tərəfdaşlarıma demişəm və ABŞ administrasiyasına da birbaşa bildirmişəm.
Bilirəm ki, Putinə nəsə versəniz, o, hər şeyi istəyəcək”, – deyə Zelenski qeyd edib.
Rauf
























