Ukrayna Prezidenti Zelenski ABŞ, Rusiya və Ukrayna arasında keçiriləcək üçtərəfli danışıqların böyük ehtimalla Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə baş tutacağını açıqlayıb.
İNFOAZ.MEDIA xəbər verir ki, Zelenski sosial media hesabında etdiyi paylaşımda Rusiya-Ukrayna müharibəsi və diplomatik təmaslarla bağlı son vəziyyəti dəyərləndirib. O bildirib ki, müharibənin başa çatdırılması istiqamətində səylər davam edir və bu çərçivədə Cenevrə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında görüş keçirilib.
Danışıqların yeni ünvanı barədə məlumat verən Zelenski növbəti görüşün böyük ehtimalla Abu Dabidə keçiriləcəyini və toplantının mart ayının əvvəlində baş tutmasının planlaşdırıldığını deyib.
EMİN
İNFOAZ.MEDIA
























