ABŞ-ın enerji nəhəngi “ConocoPhillips” Suriyanın yeni hökuməti ilə müqavilə imzalamağa hazırlaşır.
İNFOAZ.MEDİA xəbər verir ki, “Financial Times”-ın əldə etdiyi məlumata görə, şirkət Suriyanın dövlət neft şirkəti və “Novaterra Energy” ilə əməkdaşlıq edərək mövcud qaz yataqlarının inkişafı və yeni yataqların kəşfi üzərində işləyəcək.
Razılaşmanın bu həftə elan olunacağı gözlənilir və məqsəd Suriyanın qaz istehsalını bir il ərzində gündə 4–5 milyon kubmetr artırmaqdır. Bu, ölkədə uzun müddətdir davam edən elektrik çatışmazlığının azaldılmasına kömək etməlidir.
Məlumata görə, Suriyanın qaz istehsalı 2011-ci ildən bəri üçdə iki azalıb, ölkənin elektrik tələbatını ödəmək üçün isə gündə təxminən 18 milyon kubmetr qaz lazım olur.
Jalə
























