image-qaz-1backend

Təbii qaz bahalaşdı: Qiymət 3.25 dollara yüksəldi

ABŞ-ın Nyu-York əmtəə birjasında (NYMEX) təbii qazın qiymətində artım qeydə alınıb.

Son ticarət əməliyyatları zamanı 2026-cı ilin iyun ayında tədarük olunacaq təbii qaz üzrə fyuçers müqavilələrinin dəyəri yüksələrək 1 milyon BTU (Britaniya istilik vahidi) üçün 3,25 ABŞ dollarına çatıb.

Beləliklə, təbii qaz fyuçerslərinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,19 faiz artım nümayiş etdirib. \\ Milliaz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki