İnformasiya sürətinin hər şeyi müəyyən etdiyi dövrdə etibarlı, operativ və peşəkar medianın rolu daha da artır. Məhz bu ehtiyacdan doğan yeni media platforması – 247press.media artıq fəaliyyətə başlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, müasir media standartlarına uyğun şəkildə qurulan 247press.media xəbər, analitika, araşdırma və eksklüziv müsahibələri vahid platformada birləşdirərək oxuculara hadisələrin həm görünən, həm də görünməyən tərəflərini təqdim etməyi qarşısına məqsəd qoyub.
Platforma siyasət, iqtisadiyyat, cəmiyyət, beynəlxalq münasibətlər, texnologiya, mədəniyyət, idman və digər istiqamətlər üzrə gündəmi formalaşdıran hadisələri fasiləsiz izləyəcək, oxuculara yalnız informasiya deyil, həm də peşəkar təhlil təqdim edəcək.
247press.media-nın əsas fəlsəfəsi adında əks olunur. “24/7” prinsipi ilə fəaliyyət göstərən platforma günün 24 saatı, həftənin 7 günü informasiya axınının mərkəzində olmağı və ən vacib hadisələri operativ şəkildə auditoriyaya çatdırmağı hədəfləyir.
Media qurumu peşəkar jurnalistlər, redaktorlar, analitiklər və rəqəmsal media mütəxəssislərindən ibarət komanda tərəfindən idarə olunur. Fəaliyyətində müstəqil jurnalistika prinsiplərini, informasiyanın dəqiqliyini, obyektivliyi və ictimai məsuliyyəti əsas götürür.
Rəqəmsal medianın sürətlə dəyişdiyi bir dövrdə 247press.media yalnız xəbərləri yayımlayan platforma olmaqla kifayətlənməyəcək. Məqsəd informasiya istehlakçılarının etibar etdiyi, hadisələrin dərin təhlilini təqdim edən və ictimai rəyə təsir göstərən nüfuzlu media institutlarından birinə çevrilməkdir.
Bununla yanaşı, 247press.media oxucuların xəbərlərə daha sürətli və rahat çıxışını təmin etmək məqsədilə mobil tətbiqini də istifadəyə verib. Tətbiq həm iOS, həm də Android əməliyyat sistemlərini dəstəkləyir və istifadəçilərə günün istənilən vaxtında aktual xəbərləri, eksklüziv materialları və vacib bildirişləri birbaşa mobil cihazlarından izləmək imkanı yaradır.
247press.media Azərbaycan mediasında yeni baxışın, yeni dinamikanın və yeni media yanaşmasının simvolu olaraq informasiya məkanında öz yerini tutur.
247press.media
Xəbər 24 saat davam edir.
Sosial şəbəkə hesablarımız:
Qaynar xətt:
+994 10 241 75 40
























