image-zelenski-yenibackend

Zelenski: “Müharibəni bitirmək üçün Putinlə birbaşa danışıqlara hazıram”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyayla müharibənin dayandırılması üçün birbaşa danışıqlara hazır olduğunu bəyan edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Zelenski bildirib ki, münaqişənin başa çatdırılması naminə Rusiya Prezidenti Vladimir Putinlə birbaşa görüşə və danışıqlara razıdır.

“Bu müharibəni bitirmək üçün Putinlə birbaşa danışıqlara hazıram. Dünyadakı bütün münaqişələr həll edildikdən sonra növbənin bizə çatmasını gözləmək istəmirəm”, – deyə Ukrayna lideri vurğulayıb.

Onun sözlərinə görə, əsas məqsəd müharibənin dayandırılması və davamlı sülhə nail olunmasıdır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki